2018-ci ildə valyuta bazarı təxminən tarazlı şəkildə olub.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
2018-ci ildə valyuta bazarı təxminən tarazlı şəkildə olub.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
01 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 9.75%-dən 9,25%-ə düşüb.
Qərara əsasən, uçot dərəcəsi 9.25%, faiz dəhlizinin yuxarı həddi 11.25%, aşağı həddi isə 7.25% səviyyəsinə endirilib.
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-sinin ötənilki mənfəəti əvvəlki ilə nisbətən çox olub.
Bunlar "Premium Bank", "Unibank", "Xalq Bank", "Naxçıvan Bank", "PAŞA Bank", "Kapital Bank" və "Bank BTB"dir.
Rusiya 2018-ci ilin noyabr ayında ABŞ dövlət istiqrazlarına 12,81 mlrd. dollar investisiya yatırıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 1,8 mlrd. dollar azdır.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqladığı hesbata istinadən xəbər verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb.
2020-ci il yanvarın 1-dən etibarən İcbari Sığorta Bürosunun üzvləri olan sığorta şirkətlərinin təqvim haqları artacaq.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda nəzərdə tutulur. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,22% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,69 dollar təşkil edib.
"Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə məlumat cümə axşamı şirkətin hesabatında yer alıb.
Deyilənə görə Makedoniyalı İsgəndər bütün dünyanı fəth etdiyi gün öz otağına çəkilərək, göz yaşlarına qərq olub. Hökmdarın bu halı, onun qoşun sərkərdələrini təşvişə salıb. Onlar böyük sərkərdənin niyə bu vəziyyətdə olduğunu başa düşə bilmirdilər. Həyatın müxtəlif zamanlarında, İsgəndərin yanında keçirən sərkərdələr, baş verənlərdən xəbərsiz idilər. Onlar hətta ölüm təhlükəsi ilə üzləşdiyi an belə imperatorun simasında qəm-qüssə hisslərini heç bir zaman müşahidə etməyiblər.
2018-ci ilin dördüncü rübün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 18% artaraq 58,7 mln manat təşkil edib.
1 yanvar 2019-cu il tarixinə bankın kapitalı 53,19 mln manat olub. Bankda kapitalın adekvatlıq əmsalları normativ tələbləri (5% və 10% müvafiq olaraq) xeyli üstələyərək 38,58% və 39,11% təşkil edib.