Brent neftinin qiyməti 63 dolları keçib.
Bakı vaxtı ilə saat 15:15-də Brent nefti 0,5% bahalaşma ilə 63.05 dollardan alıcı tapıb.
Brent neftinin qiyməti 63 dolları keçib.
Bakı vaxtı ilə saat 15:15-də Brent nefti 0,5% bahalaşma ilə 63.05 dollardan alıcı tapıb.
2018-ci ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarını artırıb.
Mərkəzi Bankın statistikasına əsasən, ötən il kredit təşkilatları tərəfindən 3 mlrd. 406 mln. 108,7 min dollar (2017-ci illə müqayisədə artım 93,6%) və 661 mln. 712,1 min avronun (artım 25,6%) satışı həyata keçirilib.
Unibankın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.
Bu ilin yanvar ayında "Azərenerji" ASC 2 126 mln. KVt/saat həcmində elektrik enerjisi istehsal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. kVt/saat çoxdur.
Dünyanın ən dəyərli 500 bank markası siyahısı dərc edilib.
"Brand Finance"ın araşdırmasına görə, dünyanın ən qiymətli bank markası 79,8 milyard dollar dəyəri ilə Çinin "ICBC" bankıdır.
Bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2,3 mlrd. dollar artması proqnozlaşdırılır. Qeyd edək ki, bu Fondun aktivləri təxminən 3 milyard dollar artıb.
Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
2016-cı ilin iyun ayından bu günə qədər ilk dəfə Sony şirkətinin səhmlərinin sürətli şəkildə ucuzlaşması müşahidə edilib. Hesablamalar nəticəsində şirkət səhmlərinin qiyməti 8,2 % aşağı düşüb.
Hal-hazırda bir səhmin qiyməti 5000 yen (təqribən 77 manat) təşkil edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin dekabr ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.
Dekabrda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,58%, xarici valyuta ilə 2,33% təşkil edib.
Mərkəzi Bankın 31 Dekabr 2018-ci il tarixinə olan statistikasına görə, 2017-ci illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 713,1 milyon manat artaraq 5 milyard 319,6 milyon manata qalxıb.
23 Fevral Holiday İnn oteldə biznes sahiblərini və satış/marketinq mütəxəssislərini birləşdirən SAT FORUM keçiriləcək.
Forumun məqsədi biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv satış strategiyası istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.