Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 32 mlrd. 824.2 mln. manat təşkil edib. Bunun da 76.4%-i və ya 25 mlrd. 65 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14.9% və ya 3 mlrd. 252 mln. manat artıb.
Qeyd edək ki, 2025-cü ilin sentyabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 21 mlrd. 813 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
