Ölkədə karantin rejimi tətbiq edildiyindən və sərhədlər bağlı olduğundan turizm sektorunda tam durğunluq müşahidə edilir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov qeyd edib ki, bu sektorun təmsilçilərinin üzləşdiyi problemlərdən biri də əvvəlcədən alınan biletlərin, turpaketlərin geri qaytarılması, rezervasiyaların ləğv edilməsidir.
Koronavirusa görə ləğv edilmiş səfər biletlərinin geri qaytarılması