"Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər.
"Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"