Kriptovalyutaların bu günə olan qiymətlərini sizə təqdim edirik.
Kriptovalyutaların bugünə olan qiymətləri nə qədərdir?
Kriptovalyutaların bu günə olan qiymətlərini sizə təqdim edirik.
Almaniya iqtisadiyyatı fonunda fundamental göstəricilərin zəif açıqlanması, EUR/USD məzənnəsində korreksiyalara səbəb olub. Lakin digər tərəfdən Amerikada iğtişaşların baş qaldırması və siyasi risklərin artması, dolları da təzyiq altında saxlayır. Beləliklə, EUR/USD məzənnəsində son artım dalğasının yenidən davam edəcəyi - 1.13$-a kimi bahalaşacağı proqnozlaşdırılır. GBP/USD məzənnəsində də bahalaşma davam etməkdədir və ən yaxın müqavimət səviyyəsi 1.26$-dır.
Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği may ayı ərzində 0,7%-ə yaxın və ya 9 969 125 manat artaraq bu il iyunun 1-nə 1 466 567 804 manat təşkil edib.
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb.
Beləliklə, sözü gedən ayda 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunacaq.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin iyunun 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Avronun məzənnəsi 1,8914 manat, 1 Türk lirəsi 0,2499 manat, Rusiya rublu isə 0,0247 manat civarında müəyyənləşib.
Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.
Bu barədə “Vijesti” yazıb.
"Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər.
"Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq".
İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
2020-ci ilin ilk rübünün sonunda “AccessBank”ın aktivləri 895.341 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 79.411 milyon manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29.411 milyon manat çoxdur. Analoji dövr üçün bankın xalis mənfəəti 2.5 milyon manat təşkil edib.