Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.
Bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.
Bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Azərbaycanda illik inflyasiya 3% olaraq qalır. Bu isə bizim proqnozumuzdan aşağıdır”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb.
Azərbaycan Beynəlxalq Bankı sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb.
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Eksport Faktorinq” məhsulu vasitəsilə maliyyələşmə sövdələşməsini həyata keçirmişdir.
Məlum olduğu kimi artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə).
3 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
"Ziraat Bank Azərbaycan" ASC, pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə AZİPS və XÖHKS sistemləri üzrə bütün müştərilərə (fiziki və hüquqi şəxslər) göstərilən ödəniş xidmətləri üzrə tarifləri 30.09.2020-ci il tarixinədək 50% endirmişdir.
Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 16,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və yaxud 27,2% çoxdur.
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib.