Azərbaycanda depozit hərraclarının keçirilməsi bərpa olunub | Banco.az

Azərbaycanda depozit hərraclarının keçirilməsi bərpa olunub

Azərbaycanda 8 aylıq fasilədən sonra Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.

Bu barədə  nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7,24 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.