Banco.az | Tezliklə

"Azərbaycan Banklar Assosiasiyası" videokonfrans keçirib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Marketinq və PR” ekspert qruplarının, eləcə də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və Almaniyanın “Sparkassenstiftung für internationale Kooperation” adı qurumunun birgə təşkilatçılığı ilə videokonfrans keçirilib. 

Azərbaycanca

Sadə avtomobillərə üstünlük verən milyoner məşhurlar kimlərdir?

Milyonlarla sərvətə sahib olanların lüks və parlaq həyat sürməsini gözləmək təbiidir, lakin bəziləri heç də belə deyillər. Bir çox məşhur insan minimalist həyat tərzini sevir və yalnız həqiqətən lazım olan şeyə pul xərcləyir. Ens.az saytının təqdim etdiyi bu yazıda Hollivudun ən böyük adlarının sadə avtomobillərdən istifadə etməkdən narahat olmadıqlarını görəcəksiniz.

Azərbaycanca

ABŞ-ın neft ehtiyatları azalıb – RƏSMİ

Ötən həftənin yekunlarına görə (25-29 may), ABŞ-ın kommersiya neft ehtiyatları 2,08 mln. barel azalaraq 532,35 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Azərbaycanca

“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri yenidən dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə yeni direktor əvəzi təyin olunub. 

İndiyə qədər bu vəzifəni icra edən qurumun direktor müavini Vidadi Quliyevi nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçmiş rəisi Zahid İsayev əvəz edib.

Azərbaycanca

Bu gün Avropa Mərkəzi Bankı qərarını açıqlayacaq

Bu gün Avropa Mərkəzi Bankının (AMB) növbəti iclası keçiriləcək və Bank qərarlarını açıqlayacaqdır.

Bloomberg-in keçən həftə təşkil etdiyi sorğuya qatılanların böyük əksəriyyəti, AMB-nin qiymətli kağız (istiqraz) alışı proqramını 500 milyard avro artırmasını gözləyirlər.

Azərbaycanca

“Google” səs ilə ödəniş funksiyasını işə salıb

Texnologiya nəhəngi “Google” yaxın günlərdə sınaq mərhələsini həyata keçirdiyi “Confirm with Voice Match”, yəni səs ilə ödənişi təsdiqləmə funksiyasını işə salıb. Bu funksiya istifadəçilərin “Google Assistant” tətbiqetməsi vasitəçiliyi ilə, həyata keçirilən ödənişlərin səs ilə təsdiq etməsinə şərait yaradır. Hal-hazırda yalnız məhdud sayda istifadəçilərə təqdim olunan bu funksiyanı “Google Assistant” tətbiqetməsinin tənzimləmələr bölməsindən aktivləşdirmək mümkündür.

Azərbaycanca

Rəsmi məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2020-ci ilin iyunun 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 1,9066 manat, 1 türk lirəsi 0,2519 manat, Rusiya rublu isə 0,0248 manat civarında müəyyənləşib.

Azərbaycanca

190 manat məsələsinə yenidən baxılacaq

190 manatlıq birdəfəlik ödəmənin iyun ayında verilməsi müzakirəyə çıxarıla bilər.

Bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:

Azərbaycanca

Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur

"Səhər və axşam saatlarında insanların sayını nizamlamaq məqsədilə üç ayrı qrup şəklində müxtəlif saatlarda işdən çıxılacaq. Bu da sıxlığı aradan qaldırmaq məqsədi daşıyır.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Azərbaycanca

Həftəsonları dükan və apteklər də bağlana bilər

"Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »