Azərbaycanda daşınmaz əmlak bazarı üzrə indekslərin hesablanması prosesi hazırda əsasən əl üsulu (mexaniki) ilə həyata keçirilir.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sahədə metodologiya hələ 2008-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə hazırlanıb və uzun illərdir tətbiq olunur: "Bu gün də həmin metodologiya əsasında işləyirik. İndekslərin hesablanması və bazar təhlilləri əsasən əl ilə aparılır. Lakin gələcəkdə bu proseslərin avtomatlaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur".
Palata rəhbəri bildirib ki, yeni yaradılan portal vasitəsilə məlumatların toplanması və emalı prosesinin rəqəmsallaşdırılması planlaşdırılır.
