“Qualcomm” süni intellekt üzrə startap “Modular”ı satın alır | Banco.az

“Qualcomm” süni intellekt üzrə startap “Modular”ı satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qualcomm” süni intellekt üzrə startap “Modular”ı satın alır.

Banco.az xəbər verir ki, ABŞ-nin çip istehsalçısı olan "Qualcomm" süni intellekt sahəsində fəaliyyət göstərən "Modular" startapını satın almaq üçün razılıq əldə etdiyini açıqlayıb.

"Qualcomm"un yaydığı məlumatda bildirilib ki, bu satınalma vasitəsilə şirkətin məlumat emalı mərkəzlərinə yönəlmiş süni intellekt proqram təminatı infrastrukturunun gücləndirilməsi hədəflənir.

Açıqlamada qeyd olunub ki, "Qualcomm"un avadanlıq sahəsindəki təcrübəsi "Modular"ın avadanlıqdan asılı olmayan açıq proqram təminatı ekosistemi ilə birləşdiriləcək. Bildirilir ki, "Modular" platforması sayəsində tərtibatçılar süni intellekt modellərini yenidən yazmağa ehtiyac duymadan müxtəlif arxitekturalar üçün bir dəfə hazırlaya və onları daha aşağı xərc ilə fərqli mühitlərdə tətbiq edə biləcəklər.

Satınalma prosesinin 2026-cı ilin ikinci yarısında tamamlanacağı gözlənilir.

"Qualcomm"un baş icraçı direktoru Kristiano Amon bu satınalmanı təkcə şirkət üçün deyil, bütövlükdə süni intellekt sektoru üçün də “dönüş nöqtəsi” kimi qiymətləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram