"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb | Banco.az

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş hallar ilə bağlı açıqlama yayıb.

Banco.az Mərkəzə istinadən xəbər verir ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb. 

"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - məlumatda deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram