“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
"Əlavə dəstək tədbirlərinə ehtiyac olduğu təqdirdə bu barədə müvafiq təhlillər həyata keçiriləcək".
Bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Azərbaycanda kononavirus (COVID-19) pandemiyasının nə qədər davam edəcəyini dəqiq müəyyən etmək mümkün deyil. Bu, insanların müəyyən edilmiş karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır".
Bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 6-1-ci hissəsi ilə tənzimlənir.
2020-ci ilin birinci rübünün göstəricilərinə əsasən, Rabitəbank 1,1 mln manat mənfəət əldə etmişdir. Bankın kredit portfeyli keçən ilin analoji dövrü ilə müqaisədə 9.6% yəni 54 mln manat artaraq 388 mln manat təşkil etmişdir. Rübün sonuna bankın aktivləri 709 mln manat təşkil etmiş, balans kapitalı isə keçən ilin analoji dövrü ilə müqaisədə 4% yəni 3.8 mln manat artaraq 97 mln manata çatmışdır.
Ölkəmizdə sığorta sahəsinin inkişaf etdiyi bir dövrdə iş prosesində avtomatlaşdırılmaya və yüksək texnologiyalara üstünlük verən “Atəşgah” Sığorta Şirkəti, “Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” missiyasına sadiq qalaraq daha bir yeniliyə imza atdı.
Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,75% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 18,60 ABŞ dolları təşkil edib.