Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil edib.
Banco.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artıb.
Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstərici 19 milyon 162 min ədədə bərabər idi. Ödəniş kartlarında debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 5.2% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
