Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 8 yanvar 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq əmlakların siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus 2 qeyri-yaşayış binası təkrar satışa çıxarılacaq.
Əmlaklar Şamaxı və Ağdaş şəhərlərində yerləşir. Şamaxıda yerləşən əmlakın sahəsi 273.2 kv. metr, Ağdaşda yerləşən əmlakın sahəsi isə 191.8 kv. metrdir. Start qiymətləri isə müvafiq olaraq 186 385 manat və 210 022 manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
