Qızılın qiyməti ucuzlaşıb | Banco.az

Qızılın qiyməti ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək pul siyasəti iclasında faiz dərəcələrini azaldacağına dair gözləntiləri gücləndirən zəif özəl sektor məşğulluq məlumatlarına baxmayaraq, aşağı düşüb.

Banco.az xəbər verir ki, qızılın unsiya qiymətinin aşağı düşməsi qızılın qramının qiymətində də özünü göstərib.

Spot qızılın unsiyası 0,3 faiz ucuzlaşaraq 4195 dollar olub. ABŞ qızıl fyuçersləri 0,1 faiz artaraq 4 237,50 dollar olub.

Dünyanın ən böyük qızılla dəstəklənən birja fondu olan SPDR Gold Trust-ın qızıl ehtiyatları çərşənbə günü 0,16 faiz azalaraq 1,048,29 tondan 1,046,58 tona düşüb.

Gümüş 0,2 faiz ucuzlaşaraq 58,39 dollara, platin 0,8 faiz ucuzlaşaraq 1 657,70 dollara, palladium isə 0,9 faiz ucuzlaşaraq 1 446,50 dollara düşüb.