Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada inflyasiya 2023-cü ildən bəri ilk səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, “Eurostat”ın açıqlamasına görə, istehlak qiymətləri may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artıb. Bu göstərici əvvəlki ay qeydə alınmış 3 faizlik artımdan yüksək olub. Açıqlanan inflyasiya göstəricisi “Bloomberg” sorğusunda yer alan median proqnozla uyğunluq təşkil edib.
Ərzaq və enerji məhsulları istisna olmaqla hesablanan baza inflyasiyası gözləntiləri üstələyərək 2,5 faizə yüksəlib. Yaxından izlənilən xidmətlər sektoru üzrə qiymət indeksi isə 3,5 faizə çatıb.
Avropa Mərkəzi Bankının (ECB) 11 iyun tarixində 2023-cü ilin sentyabr ayından bəri ilk dəfə borclanma xərclərini artıracağı gözlənilir.
Bank rəsmilərinin qənaətinə görə, Yaxın Şərqdəki münaqişənin yaratdığı mənfi təsirlərə cavab vermək üçün artıq daha çox gözləmək mümkün deyil.
Rəsmilər hesab edirlər ki, müharibənin uzanması ilə bu cür nəticələr qaçılmaz xarakter almağa başlayıb. Onlar xüsusilə işçilərin daha yüksək əməkhaqqı artımları tələb etməsindən və şirkətlərin satış qiymətlərini yüksəltməsindən narahatlıq duyurlar.
Bizi sosial şəbəkələrdən izləyin!!
