"Para" BOKT maliyyə vəziyyətini açıqlayıb | Banco.az

"Para" BOKT maliyyə vəziyyətini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Para" BOKT 2025-ci il üzrə audit hesabatını açıqlayıb. Təşkilat 2025-ci ildə 6 milyon 232 min AZN xalis mənfəət əldə edib.

Banco.az maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin sonunda "Para" BOKT-un faiz gəlirləri 1 milyon 787 min manata bərabər olub. 

Təşkilat 2025-ci ilin sonunda 5 milyon 157 min cəmi aktivlərə malik olub. Aktivlərin 155 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 3 milyon 163 min manata bərabər olub. 

"Para" BOKT-un kapitalı ötən ilin sonunda 12 milyon 905 min manat təşkil edib. Hesabat dövründə qurumun nizamnamə kapitalının məbləği isə 29 milyon 266 min manat təşkil edib.

2025-ci ildə "Para" BOKT  işçi heyətinə 239 min manat, inzibati xərclərə isə 1 milyon 733 min manat xərcləyib. 

Qeyd edək ki, “Para” BOKT ASC maliyyə sektorunun liderlərindən biri kimi illərdir fəaliyyət göstərən, kredit əldə etməkdə geniş fürsətlər yaradan Bank Olmayan Kredit Təşkilatıdır. “PARA” brendinin tarixi 1991-ci ildə, Respublikamızın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardan olan Parabankdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram