Müəllif - Aida İsaq, Banco.az
Avropada dizel ehtiyatları 2023-cü ilin yazına qədər 2011-ci ildən bəri qeydə alınan göstəricilərdən ən aşağı səviyyəyə düşəcək. Banco.az xəbər verir ki, bunu "Wood Mackenzie" konsaltinq şirkətinin analitikləri proqnozlaşdırıb.
Məlumata görə, Rusiya hələ də Avropa İttifaqına (Aİ) ən böyük dizel yanacağı tədarükçüsü olaraq qalır. Lakin fevralın əvvəlində ittifaq Rusiya neft məhsullarının dəniz idxalını dayandırmaq niyyətindədir. Bu baxımdan qışın sonunda dizel ehtiyatlarının kəskin azalması gözlənilir.
Bununla belə, "Wood Mackenzie" şirkətinin baş analitiki James Burleighinin sözlərinə görə, regionda yanacaq ehtiyatlarının azalması neft emalı zavodunun gəlirliliyini artırmağa kömək edib. Şirkət noyabrda Avropanın şimal-qərbində emal həcminin sutkada 420 min barel artaraq gündəlik 6,14 milyon barelə qədər artacağını proqnozlaşdırmışdı.
Oktyabrın ikinci yarısında İspaniyanın "Repsol SA" şirkətinin baş direktoru Josu Con İmaz bildirib ki, Rusiyadan dizel tədarükünün dayandırılması və Fransada istehsalda yaranan fasilələr yanacağın qıtlığına və sonradan qiymət artmına səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!