Xaricə səyahət edərkən ən vacib məsələlərdən biri də ölkə xaricində telefon vasitəsi ilə əlaqə qura bilməkdir. Bunun üçün istifadə etdiyiniz mobil nömrədə rominq xidmətini aktivləsdirmək lazımdır. Xidməti aktivləşdirmək üçün isə hər bir mobil operatorun özünəməxsus şifrəsini yığmaq kifayətdir. Rominq xidmətini aktivləşdirmək üçün balansdan hər hansı vəsait silinmir. Lakin unutmayın ki, rominqi ölkəni tərk etməmişdən əvvəl aktivləşdirmək lazımdır.
Aşağıdakı cədvəldə rominqi aktivləşdirmək və xidməti deaktiv etmək üçün hər mobil operatorun şifrəsi qeyd olunub.
Bundan əlavə, qeyd edək ki, mobil operatorların mobil tətbiqi vasitəsilə də xidməti aktivləşdirmək mümkündür.
Mobil operatorlar | Xidməti aktivləşdirmək üçün | Xidməti deaktiv etmək üçün |
Qeyd |
Nar mobile | *777#100#YES | *777#101#YES | |
Bakcell |
*121#1#YES |
*121#0#YES |
Rouminq xidməti bütün CIN və KLASS abunəçiləri üçün avtomatik aktivləşir. |
Azercell |
*135*1#YES |
*135*0#YES |
Fakturalı xətt abunəçiləri rominq xidmətini aktivləşdirmək üçün START, deaktiv etmək üçün isə STOP yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir. |
Hər mobil operator fərqli rominq paketləri təklif edir. Paketlərin qiyməti 3 manatdan başlayır. Maksimum qiymət isə 39.9 manatdır. Qiymətə görə internetin həcmi dəyişir. Bəzi rominq paketlerinden əlavə danışıq dəqiqələri də var.
Mobil operatorların rominq paketləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Mobil operatorlar | Paketin həcmi | Müddət | Paketi aktivləşdirmək üçün kod | Qiymət (AZN) | Paketə daxil olan əlavə xidmətlər |
Bakcell | 100 MB | 1 gün | *125*101#YES | 3 | Pulsuz WhatsApp |
Azercell | 100 MB | 1 gün | *100*101#YES | 3,9 | Pulsuz WhatsApp |
Bakcell | 100 MB | 1 gün | *125*110#YES | 5 | 10 dəqiqə ,10 SMS |
Nar mobile | 500 MB | 5 gün | *777#709#YES | 9 | |
Azercell | 400 MB | 3 gün | *100*401#YES | 9,9 | Pulsuz WhatsApp |
Nar mobile |
500 MB | 5 gün | *777#715#YES | 15 | 50 dəqiqə |
1024 MB | 15 gün | *777#718#YES | 18 | Pulsuz WhatsApp | |
Azercell | 1024 MB | 14 gün | *100*1001#YES | 19,9 | Pulsuz WhatsApp |
Bakcell |
1000 MB | 7 gün | *125*1001#YES | 20 | Pulsuz WhatsApp |
500 MB | 7 gün | *125*550#YES | 20 | 50 dəqiqə, 50 SMS | |
Nar mobile | 1024 MB | 15 gün | *777#728#YES | 28 | Pulsuz WhatsApp, 100 dəqiqə |
Bakcell |
2000 MB | 30 gün | *125*2001#YES | 30 | Pulsuz WhatsApp |
1000 MB | 30 gün | *125*1100#YES | 30 | 100 dəqiqə, 100 SMS | |
Azercell | 3072 MB | 30 gün | *100*3001#YES | 39,9 | Pulsuz WhatsApp |
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!