Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya xəritəsinə baxanda diqqət çəkməyəcək qədər kiçik və qeyri-adi ölkə qurulub – Azad Verdis Respublikası. Yaradıcısı isə 20 yaşlı ingilis gənc Daniel Ceksondur.
Banco.az xəbər verir ki, rəsmi olaraq heç bir ölkəyə aid olmayan Xorvatiya ilə Serbiya arasında, Dunay çayı üzərində 125 hektarlıq ərazidə qurulan Verdis bir gəncin “sürgündəki hökumət” layihəsi kimi fəaliyyətə başlayıb.
Bu düşüncə eksperimentinə 14 yaşında başlayan Cekson 2019-cu ildə müstəqilliyin elanı ilə bunu reallığa çevirə bilib. Əvvəlcə cəmi dörd nəfərdən ibarət olan Verdisin indi 15.000-dən çox müraciət edən arasından seçilmiş 400-dən çox rəsmi vətəndaşı var. Ölkənin öz bayrağı, valyutası (avro), konstitusiyası və üçdilli (İngilis, Xorvat və Serb) rəsmi dili var.
Cekson özünü lider deyil, müvəqqəti təsisçi kimi görür:
"Əgər uğur qazansam, istefa verəcəm. Məqsədim hakimiyyətdə olmaq deyil, sadəcə vətəndaş olmaqdır".
Lakin onun bu arzusu asanlıqla reallaşmadı. Xorvatiya 2023-cü ilin oktyabrında Verdisə çatmağa çalışan Ceksonu və bir neçə nəfəri saxlayıb deportasiya edib. Cekson ömürlük ölkəyə girişinin qadağan olunduğunu və Xorvatiya təhlükəsizlik qüvvələrinin Verdis bölgəsində gizli müşahidə sistemləri quraşdırdığını iddia edir.
Serbiya isə daha yumşaq mövqe tutub. Tez-tez Belqrada səfər edən və Verdisi rəsmən tanıtmaq üçün səylərini davam etdirən Cekson bildirib ki, əsas məsələ buraya qayıda bilməyəcəyimiz deyil, nə vaxt qayıdacağımızdır.
Verdis bu gün sadəcə meşəlik ərazi kimi görünsə də, Cekson üçün bu torpaq daha çox şeyi təmsil edir:
"Bu, sadəcə bir meşə deyil. Bu, bir xəyalın, baxışın, cəmiyyətin çiçəkləndiyi bir yerdir."
Hələ heç bir hökumət tərəfindən tanınmasa da, Verdisin virtual infrastrukturu və vətəndaşlıq sistemi sosial mediada və mikromillət həvəskarları arasında böyük maraq yaradır.
Ölkənin pasportları da beynəlxalq miqyasda etibarlı deyil, lakin simvolik olaraq verilməkdə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!