Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp bütün çiplərə və yarımkeçiricilərə 100 faizə yaxın tariflərin tətbiq ediləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, idxal edilən çip və yarımkeçiricilərə 100 faizə yaxın rüsum tətbiq edəcəklərini ifadə edən Tramp, tarifin ABŞ-da istehsal öhdəliyi götürən şirkətlərə şamil edilməyəcəyini bildirib.
"Beləliklə, ABŞ-a gələn bütün çiplər və yarımkeçiricilər üçün 100% tarif tətbiq olunacaq. Amma əgər siz (ABŞ-da) istehsalla məşğul olmusunuzsa və ya hazırda istehsal prosesindəsinizsə, heç bir tarif olmayacaq", - Tramp bildirib.