Türkiyə ticarət ilə məşğul olanlar üçün maliyyə dəstəyi paketini açıqlayıb | Banco.az

Türkiyə ticarət ilə məşğul olanlar üçün maliyyə dəstəyi paketini açıqlayıb

Türkiyə tacir və sənətkarlar üçün yeni maliyyə dəstəyi paketini açıqlayıb.

Bu barədə öz "Twitter" səhifəsində xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib.

"İqtisadi siyasətimizin əsasını “istehsal” təşkil edir. Əsas məqsədimiz bu ölkə üçün istehsal ilə məşğul olanlara dəstək olmaqdır. Bu çərçivədə Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar tacir və sənətkarlara ümumilikdə 100 milyard lirə məbləğində kreditlər təqdim edəcəyik", - deyə nazir yazıb.

Onun sözlərinə görə, kreditlər 60 ayadək taksit və 7,5 faiz dərəcəsi ilə veriləcək.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et