Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-ın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 1 milyard 107 milyon 292 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 18 milyon 221 min manat və ya 1,7% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 313 milyon 995 min manat, biznes kreditləri portfeli 687 milyon 178 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 106 milyon 118 min manat təşkil edib.
Bunlar 2025-ci ilin sonu ilə müqayisədə bankın biznes kreditləri 13 milyon 592 min manat və ya 2,02%, ipoteka kreditləri isə 8 milyon 28 min manat və ya 8,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
