“Peşəkar Mühasib Sertifikatı”na ONLİNE hazırlıq təlimlərinin II mərhələsinə qeydiyyat başladı! | Banco.az

“Peşəkar Mühasib Sertifikatı”na ONLİNE hazırlıq təlimlərinin II mərhələsinə qeydiyyat başladı!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Peşəkar Mühasib Sertifikatı”na online hazırlıq təlimlərinin II mərhələsinə (vergi qanunvericiliyi üzrə) qeydiyyat elan edir.

Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi – təlimçi Tural Abbasov tərəfindən tədris olunacaq təlimin əsas məqsədi mühasibləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlamaqdır.

Təlim İyul ayında DİM tərəfindən elan olunan Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçiriləcəkdir. ONLİNE formada başlayacaq olan təlim  2,5 ay davam edərək ,həftənin 4-cü günləri (19:30 -22:00 aralığında) keçiriləcəkdir.

Qeydiyyat üçün linkə - https://forms.gle/cmxVkRYiveXpXnSy9   keçid edə bilərsiniz.

Əlaqədar şəxs: Könül Məmmədova

Tel: (+994 12) 505 53 02; (+994 55) 202 93 43

Email: [email protected]  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram