Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 15 863,91 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 60,4 % çoxdur.

Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 ABŞ milyard dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.

Son nəticədə xarici ticarətdə 7,783 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram