Dünyanın ən böyük səhm bazarları | Banco.az

Dünyanın ən böyük səhm bazarları

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə qlobal səhm bazarının ümumi bazar kapitallaşması rekord həddə çataraq 157,8 trilyon dollar olub.

Banco.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 25 trilyon dollardan çox artım deməkdir.

ABŞ 68,9 trilyon dollarlıq kapitallaşma ilə qlobal səhm bazarının təxminən 44%-ni təşkil edərək liderliyini qoruyub.

Dünyanın ən böyük səhm bazarları:

  1. ABŞ: 68,9 trilyon dollar - 44%

  2. Çin: 15,5 trilyon dollar - 10%

  3. Avropa İttifaqı: 15,5 trilyon dollar -— 10%

  4. Hindistan: 10,6 trilyon dollar - 7%

  5. Yaponiya: 7,6 trilyon dollar - 5%

  6. Honkonq: 6,1 trilyon dollar - 4%

  7. Böyük Britaniya: 5,6 trilyon dollar - 4%

  8. Kanada: 4,6 trilyon dollar - 3%

  9. Avstraliya: 2 trilyon dollar - 1%

  10. Sinqapur: 0,8 trilyon dollar - 1%

ABŞ-nin qlobal səhm bazarındakı dominantlığı son on ildə daha da güclənib. Buna Apple, Alphabet və NVIDIA kimi böyük texnologiya şirkətlərinin güclü performansı da təsir edib.

Çin və Avropa İttifaqı isə təxminən 15,5 trilyon dollarlıq bazar kapitallaşması ilə ikinci və üçüncü yerləri bölüşür. Asiyada Hindistan və Yaponiya da dünyanın ən böyük səhm bazarları sırasında yer alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram