Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliyada oktyabrın ortalarına qədər təsdiqlənməsi gözlənilən yeni qayda piyadaların yolu keçərkən mobil telefon, planşet, noutbuk və ya rəqəmsal kameralardan istifadəsini qadağan edəcək. Cərimələr 75 avrodan başlayacaq.
Banco.az xəbər verir ki, qayda sürücülərin telefonlarına diqqəti yayınan piyadaları görməməsi nəticəsində baş verə biləcək qəzaların qarşısını almağı hədəfləyir.
Səkidə gəzərkən telefonlarından istifadə edən piyadalar isə tənzimləmənin əhatə dairəsindən kənarda qalacaqlar.
Əlsiz telefon zənglərinə və təcili telefonlardan istifadəyə icazə veriləcək. Ətrafdakı səsləri eşitməyə mane olmadığı müddətcə qulaqcıqdan istifadə də qadağan edilməyəcək.
Layihədə həmçinin piyadaların yolu keçməzdən əvvəl sürücünün onları gördüyünə və dayanmağa hazır olduğuna əmin olmaları, eləcə də yolu lazımsız dərəcədə yavaş keçməmələri nəzərdə tutulur.
İtaliya həmçinin sürücülərin avtomobil idarə edərkən telefonlarından istifadəsinə görə cəzaları artırmağı planlaşdırır. Təkrar qayda pozuntularına görə cərimə 2 588 avroya qədər arta bilər, sürücülük vəsiqəsi isə bir aydan üç aya qədər dayandırıla bilər.
Oxşar təşəbbüslər əvvəllər Litvanın Honolulu və Yaponiyanın Yamato şəhərlərində həyata keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
