Azərbaycan iqtisadiyyatının kreditləşməsi 2024-cü ildə 21 mlrd. manata yaxınlaşacaq | Banco.az

Azərbaycan iqtisadiyyatının kreditləşməsi 2024-cü ildə 21 mlrd. manata yaxınlaşacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda kredit təşkilatlarının (banklar, BOKT və kredit ittifaqları daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2024-cü ildə 20,8 mlrd. manata çatacaq.

2022-ci ildə iqtisadiyyatın kreditləşməsi 17 mlrd. manatı keçəcək, 2023-cü ildə isə sözügedən göstərici 19 mlrd. manata yaxınlaşacaq.

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycan iqtisadiyyatın kreditləşməsinin həcmi 16,7 mlrd. manat təşkil edib ki, bu da son beş ildə qeydə alınan ən yüksək göstəricidir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram