Avrozonada illik inflyasiya aprel ayında 3%-ə yüksəlib | Banco.az

Avrozonada illik inflyasiya aprel ayında 3%-ə yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada illik inflyasiya aprel ayında 3%-ə yüksəlib.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi Avrozonanın və Avropa İttifaqının aprel ayı üzrə yekun inflyasiya göstəricilərini açıqlayıb.

Məlumata görə, Avrozonada mart ayında 2,6 faiz olan illik inflyasiya aprel ayında 3 faizə yüksəlib. Aylıq inflyasiya isə aprel ayında 1 faiz təşkil edib.

Bazar gözləntiləri də ötən ay illik inflyasiyanın 3 faiz, aylıq inflyasiyanın isə 1 faiz olacağı istiqamətində idi.

Avrozonada əsas inflyasiya göstəricisi aprel ayında illik müqayisədə 2,2 faiz, aylıq müqayisədə isə 0,9 faiz səviyyəsində qeydə alınıb.

Aprel ayında inflyasiyanın artması əsasən xidmət sektoru və enerji məhsullarının qiymətlərindəki yüksəlişlə əlaqələndirilib.

Avropa İttifaqında isə illik inflyasiya aprel ayında 3,2 faiz, aylıq inflyasiya isə 0,9 faiz olub.

İnflyasiya ötən ilin eyni ayı ilə müqayisədə aprel ayında Almaniyada 2,9 faiz, Fransada 2,5 faiz, İtaliyada 2,8 faiz və İspaniyada 3,5 faiz səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram