Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Dünən Alman-Türk Ticarət və Sənaye Palatasının iclasında çıxış edən Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun açıqlamalarından sonra 8.48 səviyyəsinə yüksələn məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 8.49 səviyyəsində icra edilir. 

Qeyd edək ki, Kavcıoğlu, "Dünya mərkəzi bankçılıq təcrübəsinə görə, pul siyasəti üzrə strategiyalar müəyyən edilərkən bu strategiyaların təsirinə məruz qalmayan qısa vədəli qeyri-stabil ünsürlərin istisna edildiyi nüvə inflyasiyası göstəriciləri əsas götürülür", deyə bildirib ki, bu açıqlamalar türk lirəsinin ucuzlaşmasına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram