iPhone 18 Pro: Mağazalarda qiymətlər nə qədərdir? | Banco.az

iPhone 18 Pro: Mağazalarda qiymətlər nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çoxdan gözlənilən iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Artıq bir çox mağazadan bu modelləri əldə etmək mümkündür. 

Banco.az-ın araşdırmasına görə, böyük şəbəkə elektronika mağazalarında qiymətlər 3 539 manatdan başlayır. Bu qiymət 256 gb yaddaşa malik Pro modellərin qiymətidir. Məşhur mağazalardakı qiymətləri təqdim edirik: 

Kontakt mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. iPhone 18 Pro Max 2 TB 7.229,99 AZN-ə təklif edilir.  Aşağı yaddaşlı modellər isə saytda tezliklə satışda olacaq deyə göstərilir. 

Baku Electronics mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. Pro Max modellər isə hələlik stokda yoxdur. 

İrşad Electronics mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. Pro Max modellər isə stokda yoxdur. 

iSpace mağazalarında 18 pro 256 gb 3589, 18 pro 512 gb 4129 AZN, 18 pro 2 tb isə 6949 AZN-dir. Pro Max modellər üzrə qiymət 256 gb üçün 3 879 AZN, 512 gb üçün 4 399 AZN, 2 tb üçün isə 7 229 AZN olaraq göstərilib.

Soliton mağazalarında 18 pro 256 gb 3589.99 AZN, 18 pro 512 gb isə 4129.99 AZN-dir.

Smart Electronics mağazalarında 18 pro 256 gb 3539 AZN, 18 pro 512 4079 AZN, 18 pro 2 tb isə 6899 AZN-dir. Pro Max modellər isə yaddaş tutumuna görə müvafiq olaraq 3829 AZN, 4349 AZN və 7 179 AZN-dir.

Qeyd edək ki, modellərin rəngləri Black, Silver, Burgundy və Glacier-dir. Hazırda Pro Max modellər əksər mağazalarda satışda yoxdur. Yalnız onlayn sifarişlə əldə etmək mümkündür. Yaxın günlərdə satışa çıxacağı gözlənilir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram