AccessBank-da yeni təyinat: Rəşad Mirzəyev İT İnfrastruktur və Əməliyyatlar departamentinə rəhbər təyin olunub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AccessBank-da yeni təyinat: Rəşad Mirzəyev İT İnfrastruktur və Əməliyyatlar departamentinə rəhbər təyin olunub

Rəşad Mirzəyev AccessBank-da İT İnfrastruktur və Əməliyyatlar departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. Cənab Mirzəyev bank sahəsində ümumilikdə 13 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2008-ci ildə Rabitəbank-da İnformasiya Texnologiyaları departamentində başlayıb. 2013-2018-ci illərdə həmin departamentin Texniki dəstək şöbəsinin rəisi vəzifəsində işləyib. AccessBank komandasına qoşulanadək isə Rabitəbank-da İT İnfrastrukturu Departamentinin direktoru olub.

Rəşad Mirzəyev CİSCO və HP-in Madrid və Barselonada təşkil etdiyi beynəlxalq təlimlərin iştirakçısıdır.

Azərbaycan, İngilis və Rus dillərini bilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram