Kənd təsərrüfatı əmtəələrinin qiymətləri, təklifin azalması, tələbin artması və quraqlıq kimi faktorlarla 8 ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
Braziliyadakı quraqlıq, Çinin idxalındakı artım kimi faktorlar qarğıdalıdan soyaya qədər qiymətlərin yüksəlməsinə səbəb olur.
Soyanın qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Qarğıdalı qiymətləri isə 8 ildən uzun müddətin ən yüksək səviyyəsinə çatıb, şəkərin qiyməti də 4 ilin zirvəsinə yaxınlaşıb.
Əmtəə qiymətlərində daha çox artım gözlənir. ABŞ-ın ən böyük 5 taxıl əməliyyatçılarından biri olan "The Andersons" qarğıdalı qiymətlərindəki "rallinin" davam edəcəyini bildirib.
Braziliyada məhsullara zərər verən quraqlığın davam etməsi gözlənilir. Tək müsbət proqnoz, ABŞ-da məhsul yığımı dövrü üçün şərtlərin hələlik əlverişli olmasıdır.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!