"Azərbaycan Dəmir Yolları" bank kartları ilə ödəniş layihəsini işə salacaq | Banco.az

"Azərbaycan Dəmir Yolları" bank kartları ilə ödəniş layihəsini işə salacaq

Azərbaycan dəmir yollarında təmassız bank kartları ilə ödəniş üzrə pilot layihə sınaqlar başa çatdıqdan sonra işə salınacaq.

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Baku Transit Forum 2021: Smart City" adlı onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank "Azərbaycan Dəmir Yolları"nın və digər strukturların dəstəyi ilə bu sınaqların ilkin mərhələsini uğurla reallaşdırır.

F.Osmanov bildirib ki, 2020-ci ildə Azərbaycanda elektron bankçılıq və nağdsız əməliyyatlar vasitəsilə pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et