Avropa ölkələri bu tarixdən etibarən Covid-19 məhdudiyyətlərini yumşaldacaq | Banco.az

Avropa ölkələri bu tarixdən etibarən Covid-19 məhdudiyyətlərini yumşaldacaq

Tamara Mustafayeva, Banco.az

Avropa ölkələri mart ayından etibarən yeni növ koronavirus pandemiyası əleyhinə tətbiq edilən məhdudiyyətləri yumşaltmağa hazırlaşır.

Almaniyada üç aya yaxındır ki, fəaliyyət göstərməyən bərbər və gözəllik salonları 1 mart tarixindən etibarən yenidən xidmətə başlayacaq. Bavariya və Saksoniya vilayətlərində də həmin tarixdə kiçik marketlər və gül dükanları da fəaliyyətini bərpa edəcək. Xatırladaq ki, ölkədə 22 fevraldan etibarən 10 vilayətdə orta məktəblərdə ənənəvi tədris bərpa edilmişdi.

İngiltərə Baş Naziri Boris Conson 22 fevral açıqlamasında pandemiya səbəbilə tətbiq edilən karantin rejiminin yoluxma və peyvənd olunanların sayı nəzərə alınaraq 8 martdan etibarən mərhələli formada başa çatacağını bildirib.

İlkin mərhələdə, yəni 8 martda məktəblərdə ənənəvi tədrisin bərpa olunacağını vurğulayan Conson ikinci mərhələnin isə küçəyə çıxma qadağasının götürülməsi olacağını söyləyib.

Hollandiyada müvəqqəti hökumətin Baş Naziri Mark Rutte gündəlik yoluxma sayında artım müşahidə edilməsinə baxmayaraq, xüsusilə də, gənclərin və yaşlıların psixoloji sağlamlığına mənfi təsir göstərdiyi üçün bəzi karantin tədbirlərini yumşaldacaqlarını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram