Tamara Mustafayeva, Banco.az
ABŞ-ın antivirus proqram təminatı istehsalçısı "McAfee" şirkətinin sonuncu hesabatına görə, dünya iqtisadiyyatı hazırda hər il kibercinayətkarlıq səbəbilə 1 trilyon dollardan çox itki ilə üzləşir ki, bu da 2018-ci illə müqayisədə 50% daha çoxdur.
Şirkət bu gün yayımladığı hesabatda artmaqda olan kibercinayətlərin artıq dünya iqtisadiyyatına 1 trilyon dollardan çox zərər verdiyini, bunun da qlobal ÜDM-nin yüzdə birindən daha çoxuna təsadüf etdiyini bildirib. Bu göstərici də özlüyündə 600 milyard dollarlıq qlobal zərərin açıqlandığı 2018-ci il hesabatında qeyd edilən göstəricilərə nəzərən 50% artıqdır.
"McAfee" şirkətinin anket sorğusunda iştirak edən şirkətlərin üçdə ikisi 2019-cu ildə ən az bir kibercinayətkarlıq hadisəsi yaşadıqlarını və hər hadisədə orta hesabla yarım milyon zərərə uğradıqlarını qeyd ediblər. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi (CSIS) ilə əməkdaşlıq çərçivəsində hazırlanan hesabat əqli mülkiyyət hüququnun pozulması və maliyyə cinayətkarlığının kiber zərərlərin ən az 75%-ni təşkil etdiyini və şirkətlər üçün əsas təhdid mənbəyi olduğunu aşkara çıxarıb.
"McAfee" tədqiqatçıları bu artımın həm daha yaxşı və daha dəqiq hesabat vermə, həm də daha peşəkar və daha dəqiq kibercinayətkarlarla bağlı olduğunu vurğulayıblar. Bununla belə, ilin əvvəlindən bəri gündəlik həyatı və işləri idarə etmək üçün internetdən asılılığın daha da artması da öz növbəsində artıma təsir göstərən amil hesab edilir.
Həmçinin oxu: Karantinin başa çatması iqtisadiyyata daha çox zərər verə bilər
Bizi sosial şəbəkələrdən izləyin!!