Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb | Banco.az

Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb

1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17.046,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bu barədə  Maliyyə Nazirliyi xəbər verir.

    Qeyd edilib ki, daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 1.612,9 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7.987,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.059,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.