Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 67 milyon 802 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 1 milyon 416 min manat və ya 2,1% çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 66 milyon 386 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 287 min manat və ya 12,1% azalaraq 2 milyon 80 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
