Karantinin başa çatması iqtisadiyyata daha çox zərər verə bilər | Banco.az

Karantinin başa çatması iqtisadiyyata daha çox zərər verə bilər

Tamara Mustafayeva, Banco.az

Dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbilə bir çox ölkədə uzun müddətdir ki, davam edən karantin tədbirləri şübhəsiz ki, ölkə iqtisadiyyatlarına böyük zərər vurdu. Hətta pandemiyanın dünya iqtisadiyyatına təsirinin 2008-ci ilin qlobal iqtisadi böhranından daha böyük bir böhrana səbəb olacağı düşünülür.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bəzi iqtisadçılar mövcud karantin tədbirlərinin sonlandırılmasının və zəruri əhəmiyyət kəsb etməyən müəssisələrin yenidən fəaliyyətə başlamasının karantinin davam etdirilməsindən daha böyük iqtisadi çöküşə səbəb olacağını iddia edirlər.

Kembric Universiteti və ABŞ Federal Ehtiyatlar Bürosunun iqtisadçıları tərəfindən həyata keçirilən bir araşdırmaya görə, bu müddət ərzində bütün insanları yenidən normal yaşayışlarına və işlərinə geri qaytarmaq böyük ehtimal ki, yeni karantin qərarı verilməsinə gətirib çıxaracaq və bu da ikiqat iqtisadi geriləmə deməkdir. Müəssisələri erkən açmağın bu qədər əks təsirlərinin olmasına səbəb təbii ki, işçilər arasında virusun yayılma ehtimalının yüksək olmasıdır.

Kembric Universitetinin iqtisadçısı Giancarlo Corsetti sözügedən araşdırma ilə bağlı edilən mətbuat açıqlamasında, “Xəstəliyin birdən birə yayılması dünya iqtisadiyyatı üçün zəruri sahələrin işinə əsaslı təsir göstərəcəkdir”, deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis həmçinin qeyd edib ki, iş yerlərinə geri qayıdan işçilər arasında sosial məsafə saxlamaq həyati əhəmiyyət kəsb edəcəkdir.

Bununla yanaşı, təməl işçilərin iqtisadiyyat üçün əhəmiyyətini vurğulayan Corsetti təməl ehtiyac sektorunda çalışan işçiləri itirməyin iqtisadiyyatı kökündən sarsacaq təsirə malik olduğunu söyləyib.

Həmçinin oxu: Koronavirusdan sonra həyatımızda hansı dəyişikliklər olacaq?

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et