Azərbaycan xaricdən ət alışını azaldıb | Banco.az

Azərbaycan xaricdən ət alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 75 milyon 768 min ABŞ dolları dəyərində 33 min 321 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 19,54%, dəyəri isə 16,29% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 90 milyon 514 min dollar dəyərində 41 min 415 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,45%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram