Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhəngi Apple firması "Spaces" adlı "virtual reallıq" şirkətini satın alıb. Sözügedən şirkəti tərkibinə qatan Apple firmasının bu platformanı AR/VR əsaslı ağıllı eynək layihəsinə inteqrasiya edəcəyi proqnozlaşdırılır.
Ötən aylarda bir çox satın alma xəbəri ilə gündəmə gələn Apple firması bu dəfə də "rəqəmsal reallıq" əsaslı çalışmalar həyata keçirən "Spaces" şirkətini tərkibinə qatıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, hazırda tərəflər məsələ ilə bağlı rəsmi açıqlama etmədikləri üçün alqı-satqı prosesinin maddi tərəfi heç kəsə bəlli deyil.
Xatırladaq ki, 2016-cı ildə Dreamworks şirkətinin əməkdaşları tərəfindən təsis edilən "Spaces" paltforması istifadəçilərinə animasiyalaşdırılmış avatarlar vasitəsilə rəqəmsal reallıq texnologiyasına əsaslanan video-konfrans mühiti təqdim edir.
Həmçinin oxu: Apple şirkətindən 2 trilyonluq tarixi uğur!
Bizi sosial şəbəkələrdən izləyin!!