Dollar/TL məzənnəsi açıqlandı - Yeni həftənin ilk göstəriciləri | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dollar/TL məzənnəsi açıqlandı - Yeni həftənin ilk göstəriciləri

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə qismən geriləyərək başlayıb.

Ötən həftə 6.85 səviyyələrində dalğalanan kurs yeni həftədə geriləyib.

Ötən həftəni 0.11% yüksəlişlə 6.8600 səviyyəsində başa vuran Dollar/TL məzənnəsi yeni günə qismən geriləyərək 6.85 səviyyəsində başlayıb. Səhər saatlarında əksər inkişaf etməkdə olan ölkə valyutaları da dollara qarşı dəyər qazanır.

Xatırladaq ki, gün ərzində Türkiyədə inam indeksi, ABŞ-da isə may ayı üzrə əmlak satışları göstəriciləri açıqlanacaq. Həftənin davamında isə Türkiyədə iyun ayı üzrə inflyasiya nəticələri, ABŞ-da kənd təsərrüfatı istisna edilməklə məşğulluq göstəriciləri izləniləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram