ABŞ-ın xam neft ehtiyatları keçən həftə 1,2 milyon barel artıb, istehsal isə kəskin düşüb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,2 milyon barel (0,2%) artımla 539,3 milyon barelə yüksəldiyini açıqlayıb.
Bazar proqnozu ehtiyatların 152 min barel azalacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 5,7 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 1,7 milyon barel (0,3%) artımla 651,7 milyon barelə çatıb.
ABŞ-ın benzin ehtiyatları isə 1,7 milyon barel (0,6%) azalaraq 257 milyon barelə geriləyib.
ABŞ-ın gündəlik xam neft istehsalı 6-12 İyun dövründə orta hesabla 600 min barel azalma ilə 10,5 milyon barelə düşüb. Bu rəqəm, 22-28 Fevral dövründə 13,1 milyon barel ilə ən yüksək səviyyəsinə çatmışdı.
EIA-nın "İyun 2020" hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 11,6 milyon barel olması gözlənilir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!