Facebook və InstaGramda onlayn mağazalar fəaliyyətə başlayacaq.
Facebooka məxsus sosial şəbəkələrdə onlayn mağazalar üçün yeni “Shops” adlı xidmət fəaliyyətə başlayacaq.
Şirkətin qurucusu Mark Zukerberqin sözlərinə görə, elektron ticarət xidmətləri müəssisələr üçün pulsuz olacaq. Onlar, yalnız Facebook və Instagramda yerləşdirilən reklamlar üçün pul ödəməli olacaqlar.
İstifadəçilər üçün yeni funksiya əlverişli olacaq, çünki onlar birbaşa sosial şəbəkələrdə malları seçə, ödəniş edə, habelə ani mesajlaşma vasitəsi ilə satıcılarla birbaşa əlaqə qura biləcəklər.
Şirkət mütəxəssislərinə görə, yeni funksiyanın istifadəyə verilməsi sahibkarlara COVID-19 pandemiyası ilə əlaqəli böhrandan qurtulmağa kömək edəcək.
Ted
Bizi sosial şəbəkələrdən izləyin!!