Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın investisiya bankı “Goldman Sachs” işçilərinin əksəriyyətinin süni intellektlə işləyən kodlaşdırma alətlərindən istifadəsini məhdudlaşdırıb.
Banco.az xəbər verir ki, bank məhsuldarlıq artımını və mümkün riskləri qiymətləndirdikdən sonra bu qərarı qəbul edib. Yeni daxili qaydalara əsasən, “Claude Code” və “GitHub” kimi alətlərdən istifadə hüququ əsasən mühəndislərlə məhdudlaşdırılıb.
Qeyd edək ki, bank əvvəlki aylarda əməkdaşlarına bu texnologiyalardan istifadə etməyə icazə verirdi. Lakin oktyabr ayında tətbiq edilən yeni qaydalar xüsusilə süni intellekt alətlərindən gündəlik iş proseslərində istifadə edən treyderlərin narazılığına səbəb olub.
Məlumata əsasən, treyderlər süni intellekt vasitəsilə müştəri əməliyyatlarını izləyir, bazar dəyişikliklərinə uyğun mövqeləri modelləşdirir, həmçinin yazılı və vizual məzmun hazırlayırdılar.
