Beynəlxalq valyuta birjalarında məzənnələrin dolların tendensiyasından asılı olaraq dalğalandığının şahidi oluruq.
Amerika dollarının aparıcı valyutalara nisbətən qiymətləri isə bu gün Bakı vaxtı ilə saat 16:30-da ölkənin iqtisadi inkişaf göstəricisinin açıqlanması və saat 22:00-da FED-in gələcək monetar siyasətinin elan edilməsi öncəsi ucuzlaşmaqdadır.
Beləliklə, avro (1.0848$) və funt sterlinqin (1.2478$) də qiymətlərində bahalaşma davam edir. Enerji birjalarında da neft (20.73$) və qazın (1.94$) qiymətində məhdud olsa da bahalaşma müşahidə edilir.
Kriptovalyuta birjalarında da Bitkoin (7890$), Laytkoin (46$), Etereum (202$), Riplin 0.21$) qiymətlərində dəyər qazanma davam edir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!