Bank xidmətlərindən istifadə Azərbaycan əhalisi son bir ildə banklara ən çox kredit xidmətləri üzrə müraciət ediblər (Nağd kredit və taksit kartı). Sorğu nəticələri göstərir ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka nağd kredit borcu var. Bunun üzərinə taksit kartından olan borcları da nəzərə alsaq məbləğin bir az da böyüdüyünün şahidi oluruq. Banklara əmanət yerləşdirənlər isə cəmi 3 faiz təşkil edir.
Qeyd edək ki, araşdırma Business Insight şirkəti tərəfindən aparılıb.