Lenovo CES 2020-də diqqətəlayiq bir model təqdim edib.
Lenovo ThinkPad X1 Fold PC kompüter bazarının gələcək modellərindən biridir. Çünki Windows 10 Pro sistemli cihaz 13.3 düym, 4: 3 2048 × 1536 piksellik qatlanabilən OLED ekranı ilə təchiz edilib. Qalın çərçivələrlə əhatə olunan ekran bir az kiçik olmasına baxmayaraq onunla yeni bir dövr başlayır.
Sensor ekran bir klaviatura kimi istifadə edilə bilər.
2020-ci ilin ortalarında 2500 dollara satılacaq qatlanabilən ekrana malik kompüter CES 2020-də yeganə maraqlı kompüter deyil. Lenovo həmçinin ThinkBook Plus modelini də təqdim edib.
Ted.az