"United Airlines" aviaşirkəti "Boeing" təyyarələrini "Airbus" ilə əvəzləyəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"United Airlines" aviaşirkəti "Boeing" təyyarələrini "Airbus" ilə əvəzləyəcək

ABŞ-ın "United Airlines" aviaşirkəti ilk uzun məsafəli, təxminən, 7 mlrd dollar dəyərində 50 ədəd "Airbus SE A321 neo" sərnişin təyyarəsi sifariş verib.

Fransanın "Airbus" şirkəti sifariş verilən təyyarələrin çatdırılmasına 2024-cü ildən başlayacaq.

Məlumata görə, "United Airlines" şirkəti yerli təyyarə istehsalçısı "Boeing"in "Boeing 757" tipli sərnişin təyyarələrini "Airbus XLR" modelləri ilə əvəz etməyi planlaşdırır.

Xatırladaq ki, ABŞ-ın təyyarə istehsalçısı analoji modelləri köhnəldiyinə görə istehsalını 15 il əvvəl dayandırıb.

Report.az